Almaniyanın Federal İstehlakçı Hüquqlarının Müdafiəsi İttifaqı (Verbraucherzentrale Bundesverband, VZBV) Berlinin torpaq məhkəməsində "WhatsAppa qarşı iddia qaldırıb.

Unikal.org xəbər verir ki, "Bild qəzeti iddiaya səbəbin şirkətə məxsus "WhatsApp messencerinin istifadəçi məlumatlarını yaymasıdır. Belə ki, məlumatlar avtomatik olaraq istifadəçinin "Facebook hesabı ilə sinxronlaşdırılır.Beləliklə, istifadəçinin telefon nömrəsi, adı, soyadı, doğum tarixi və s. kimi məlumatlarına keçid əldə olunurdu.

İddiaçıların fikrincə, bu ölkədə qüvvədə olan istehlakçı hüquqlarının qorunmasına dair standartlara ziddir.

İttifaqdan qeyd ediblər ki, məlumatlar "WhatsApp istifadəçisinin "Facebookda hesabının olub-olmamasından asılı olmayaraq ötürülür.

Hələ keçən ilin sentyabrında "WhatsApp bir şirkətdən digər şirkətə məxfi məlumatların ötürülməsinin yolverilməz olduğuna dair VZBV-dən xəbərdarlıq almışdı. Bundan başqa, onların fikrincə, bu populyar resursun administrasiyası bütün informasiyanı ləğv etməlidir.

"Şirkət bizim tövsiyələrə qulaq asmadı və reaksiya vermədi, biz məhkəməyə müraciət etməyə məcbur olduq, - Federal İstehlakçıHüquqlarının Müdafiəsi İttifaqından bəyan ediblər.