"LiderTV-də yayımlanan "Torverilişinin çəkilişi zamanı xoşagəlməz hal yaşanıb.

Unikal.org xəbər verir ki, proqramda qonaq qismində iştirak edən jurnalist Tural İsmayılovun başına iş gəlib.

Belə ki, verilişdə Azərbaycan ədəbiyyatı müzakirə olunub. Çəkiliş zamanı bəzi qonaqların dediklərini bəyənməyən jurnalist verilişi yarımçıq tərk edib və buzlu havada yıxılaraqayağı sınıb.

Hadisə yerinə təcili tibbi yardım maşını gəlibvə xəstəxanaya aparılan T.İsmayılov əməliyyat olunub.

"Əməliyyatdan çıxdım, sümüyüm dəhşətli ağrıyır.Mənimlə maraqlanan, yanımda olan, ziyarətimə gələn bütün dostlara təşəkkür edirəm. Hələ5 gün xəstəxanada yatacağam, sonra da iki-üç həftə evdə dincələcəyəm, - deyə o bildirib.

Qeyd edək ki, "Torverilişinin qalmaqallı buraxılışı cümə günü saat 22:00-da "Lider TV-də yayımlanacaq. Proqramın aparıcısı İradə İsakdır.azxeber.com