Azərbaycana tez-tez istirahətə gələn ərəblər əyləncəli anlarını sosial şəbəkələrdə paylaşırlar.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, ölkəmizin qış turizminə böyük marağı olan ərəblər kurort zonalarda istirahət edirlər.

Qarın dadını çıxaran turistlər kanata minir, qar skuterindən istifadə edir. Ərəblər ölkəmizdə yaradılan turizm imkanlarından çox məmnun qaldıqlarını deyirlər.

Azərbaycana təşrif buyuran ərəb turistlər daha çox VİP turizm xidmətlərindən istifadə edir. Bahalı hotellərdə qalır, lüks avtomobillər icarəyə götürürlər.