Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib.

Unikal.org "Khybernews.tv" telekanalına istinadən xəbər verir ki, qətnamə komitənin iclasında qəbul edilib.

Sənəddə 1992-ci il fevralın 26-da Xocalı soyqrımı da pislənilir.

Komitə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bir daha təsdiq edib.