Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının prezidenti Maytripala Sirisenanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Unikal.org-un  məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab prezident, ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və firavanlıq arzulayıram.