"Belarusun Rusiya və İsrail vətəndaşlığı olan bloqger Aleksandr Lapşını Azərbaycana verməməsi üçün heç bir əsası yoxdur.
Unikal.org-un məlumatına görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

"Bizim onu verməmək üçün hansı əsasımız var? Heç bir. Bütün qanun və qaydalara əsasən onu Azərbaycana təhvil verməliyik. Əlbəttə, biz onu buraxa da bilərik. Amma bu, düzgün olmayacaq. Bütün razılılaşmalara əsasən biz onu Azərbaycana təhvil verməliyik.