Həkimlər xüsusi əməliyyat apararaq qadının başından tarakan çıxarıblar.

Unikal.org bildirir ki, olay Hindistanın cənubundakı Tamil-Nadu ştatında, Çennay şəhərində yaşanıb. 42 yaşlı Selvi gecə yuxuda olanda onun burnuna tarakan girib.

Selvi ayılıb və tarakanı çıxarmağa çalışsa da, həşərat daha da irəliləyib.

"Həşərat çox dərinə getmişdi. O, burnumun dərinliyində, başımda hərəkət edəndə gözlərim yaşarırdı", - Selvi deyib.

Səhərədək əzab çəkən qadını səhər saatlarında kürəkəni klinikaya aparıb. Klinikada müayinədən sonra Selvi xəstəxanaya göndərilib. Lakin həmin xəstəxanada həkim yanlış diaqnoz qoyub, "burnunuzdakı ağrılar şişlə bağlıdır" deyib. Üçüncü xəstəxanada da bir nəticə hasil olmayıb.milli.az

Zorla nəfəs alan Selvini sonucda "Stanley Medical College"in nəzdindəki dövlət xəstəxanasına aparıblar. Burada 12 saat gözləyəndən sonra qadının burnundakı tarakan çıxarılıb.

Xəstəxananın otolorinqologiya şöbəsinin rəbəri Madu Şankard eyib: "30 illik praktikamda ilk dəfədir belə hadisə ilə qarşılaşıram. Tarakan sağdı vəçıxmaq istəmirdi. O, beyinə yaxın yerdə idi. Tarakan orada qalsaydı, öləcəkdi və infeksiya da beyinə yayılacaqdı".

Əməliyyat 45 dəqiqə çəkib.


Qadının başından tarakan çıxarıldı - VİDEO - FOTO +18
Qadının başından tarakan çıxarıldı - VİDEO - FOTO +18
Qadının başından tarakan çıxarıldı - VİDEO - FOTO +18