Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai biriklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov İsa Qəmbərin 2018-ci ili "Müsavat ili elan etməsinə, ölkə haqqında səsləndirdiyi qeyri-etik fikirlərinə münasibət bildirib.

O, unikal.org-a açıqlamasında İsa Qəmbərin fikirlərini cəfəngiyat adlandırıb. YAP yetkilisi cəmiyyəti İsa Qəmbərin dediklərinə əhəmiyyət verməyə çağırıb: 

"Hər kəs bilir ki, hazırkı Müsavatla 1918-ci ildəki Müsavat Partiyasını müqayisə etmək düzgün deyil. İsa Qəmbər indiki Müsavat Partiyasının adını öz adına çıxarmağa çalışır. O vaxtı bu təşkilatı Mənsur Əliyev bərpa edib. Bundan bir müddət sonra İsa Qəmbər parlament sədri seçildi və zorla Mənsur Əliyevin əlindən bu təşkilatı aldı. Mənsur Əliyev Milli Azadlıq Hərəkatında çox tanınmış bir insan idi. Mütəmadi olaraq Hatəmi, Mənsur Əliyev Azadlıq Meydanında çıxış edən bir adam idi. O, Müsavatın tarixi, onun fəaliyyəti ilə bağlı mütəmadi qəzetlərdə məqalələr verən, çıxış edən bir insan olub. İsa Qəmbər adının populyarlığından, Parlament sədri kimi səlahiyyətindən istifadə edib partiyanı Mənsur Əliyevin əlindən aldı.

S.Novruzov hesab edib ki, Müsavatçı olmaq insanının daxilindən gəlməlidir: "İsa Qəmbər daxilən bolşevikdi və hakimiyyət hərisidir. Elemetar bir misal çəkib. İsa Qəmbər hakimiyyətə gələn kimi ay yarım prezident səlahiyyətlərini icra etdi. O, prezident kimi Fərman və Sərəncamlara qol çəkməkdən ötəri dəridən-qabıqdan çıxırdı. Bu adam prezidentlik səlahiyyətlərindən istifadə edib rayonların icra başçıların dəyişdi. Amma o prezident seçilməmiş bu addımı atırdı. Hər halda bu iş prezidentin səlahiyyətində olan məsələdir.Lakin bu dərhal icra başçıların işdən azad etdi və onların yerinə öz adamların təyin etdi. Elə rayonlar oldu ki, icra başçıları cəmi ay yarım işləyə bildilər. Elçibəy hakimiyyətə gələn kimi onları vəzifəsindən uzaqlaşdırdı. Hansı ki İsa Qəmbər tərəfindən onlar təyin olunmuşdu.
Həmçinin, İsa Qəmbər ay yarım prezidentlik səlahiyyətini icra etdiyi müddətdə 7 nəfərə ölüm hökmü kəsdirdi və onları güllələtdirdi. Əgər o humanist insan idisə prezident seçkilərini gözləməli idi. Bir epizod var. Allahın verdiyi canı ancaq Allah ala bilər. İsa Qəmbər bu məhsuliyyəti öz üzərinə götürdü və həmin o sərəncama qol çəkərək 7 nəfər güllələtdirdi. Bundan sonra Azərbaycan tarixində güllələnmə olmayıb.
Ümumilli lider Heydər Əliyev hakimiyyətə gələn kimi güllələnməyə qadağa qoydu və bu məsələni başqa cəza növləri ilə əvəz etdi. Yəni, ölüm hökmünü Azərbaycanda ləğv elədi. Yəni, budur İsa Qəmbərin daxili xisləti.

YAP rəsmisi hazırkı Müsavat Partiyasının idarəçiliyində oturan şəxsləri də qınayıb: "Hazırkı Müsavat Partiyası qeyri-qanuni fəaliyyət göstərir. Çünki orada ədalətsiz Qurultay keçirilib. Partiya iki yerə parçalanıb. Arif Hacılı və aparatın ordakı rəhbəri Gülağa Aslanlı birləşərək rayon şəhər təşkilatında Müsavatçı olmayan tanışlarını, qohumlarını yığıb səsverməylə gətirdilər. Onlar zorla Arif Hacılını Müsavatın sədri seçdilər. Digər tərəfdən, tanınmış müsavatçıların hamısı bu partiyadan uzaqlaşdı. İndi orda qalanlar ancaq və ancaq onların əlinə baxan qohum-əqrəba, ətraf və oradan əmək haqqı alan insanlardır. İsa Qəmbərin danışdıqlarının hamısı cəfəngiyatdır və onun dediklərinə əhəmiyyət verməyə dəyməz.

S.Novruzov İsa Qəmbərin 2018-ci ili "Müsavat ili elan etməsini də gülünc adlandırıb: 

"Yeni Azərbaycan tarixində Müsavatın ən güclü vaxtlarında belə "Müsavat ili olmayıb. 1918-ci ilin Müsavatında tanınmış ziyalılar, xaricdə təhsil almış insanlar var idi. Məhəmməd Əmin Rəsulzadə, Yusif bəy Nəsibbəyli, Fətəli Xan Xoyski və digər onlarla insanları saymaq olar ki, onlar Fransada, Sank Peterburqda təhsil almış şəxslər idi. Bununla belə onlar vətənini, millətini sevən insanlar idi. İsa Qəmbər Əlyazmalar İnstitunda 20 il müddətində namizədlik dissertasiyasını müdafiə edə bilməyib. Bu müddətdə dissertasiyanı müdafiə edə bilməyən adam necə ilin rəhbəri ola bilər və yaxud "Müsavat ili elan edə bilər?.

Amid Əyyuboğlu