Prezident İlham Əliyevin Avropa Parlamentinin (AP) prezidenti Antonio Tajani ilə görüşü ləğv edilib, AP rəhbərinin kommunikasiya şöbəsi bildirir.

Unikal.org "BBC Azərbaycana istinadən xəbər verir ki, AP prezidentinin kommunikasiya şöbəsinin rəhbəri xanım Delia Vlase BBC Azərbaycancaya, görüşün nə səbəbdən ləğv edildiyini bilmədiyini deyib. Lakin o, əlavə edib ki, bu cür hadisələr "qeyri-adi" deyil.

Commonspace.eu xəbər saytı öz mənbələrinə istinadən yazıb ki, görüşün ləğv edilməsinin səbəbi Avropa Parlamentində Azərbaycanda insan hüquqları vəziyyətinin müzakirə edildiyi tədbirdir.