Türkiyənin ən varlı 10 adamından biri olan Ali Ağaoğlu qızına daha bir toy edəcək.

Unikal.org-un türkiyə mətbuatına istinadən məkumatına görə, qızı Sena ilə sevgilisi Koray Kırcala möhtəşəm toy edən iş adamı növbəti mərasimi Uludağda edəcək.

O, Çırağan sarayında baş tutan toya çağıra bilmədiyi 2 minə yaxın qohumunu və yaxınını Uludağda edəcəyi  toya çağırıb. Martın 3-5-i aralığında iki gün, iki gecə davam edəcək toyda iştirak edəcək qonaqların bütün yol və gecələmək xərcləri də əvvəlcədən ödənib.