Türkiyənin Trabzon şəhərində bələdiyyə işçisi Salim Altuntaş donmuş göldən iki qu quşunu xilas edib.
Unikal.org xəbər verir ki, buzlu suya girən Salim quşları xilas etdikdən sonra onları iki gün isti bir məkanda saxlayıb. Trabzon Bələdiyyəsi Salimin gördüyü xeyirxah işə görə onu mükafatlandırıb.
Salim "Mənim etdiyim sadəcə bir insanlıq idi. Bunu hamıdan gözləyirəm - deyə açıqlama verib.