ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Qeyd edək ki, telefon danışığı fevralın 8-nə keçən gecə, Türkiyə vaxtı ilə saat 00:05-də başlayacaq. Əsas müzakirə mövzularının ikitərəfli əlaqələr və Suriya məsələsi olacağı gözlənilir.