Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti" agentliyinə müsahibəsində bu gün Bakıda Rusiya səfiri ilə görüşdüyünü, bloqqer Aleksandr Lapşinin Belarusdan ekstradisiya edilməsi ilə bağlı məsələni müzakirə etdiyini deyib.

Məmmədyarovun sözlərinə görə, Rusiya konsulu ya sabah, ya o birisi gün Lapşini təcridxanada ziyarət edəcək. "Biz Rusiya və İsrail səfirliklərindən bu məsələ ilə bağlı nota almışıq. Vyana konvensiyasına uyğun olaraq saxlanılan şəxslə görüş olacaq. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm, bu məsələ müzakirə olunub. Görüşmək məsələsində maneə yoxdur - Məmmədyarov deyib.

XXXXXXXXX

20:37

"Rusiya konsulunun yaxın iki gündə Belarusdan Azərbaycana ekstradisiya olunmuş bloger Aleksandr Lapşinlə görüşəcəyi gözlənilir".

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov "RİA Novosti"yə müsahibəsində bildirib.

"Biz məsələylə bağlı Rusiya və İsrail səfirliklərindən nota almışıq. Çox güman ki, Rusiya konsulusabah və ya birisi gün Vyana Konvensiyasına uyğun olaraq Aleksandr Lapşinlə görüşəcək. Səfirliyin onunla danışmaq üçün imkanı olacaq. Mən artıq Rusiya səfiri ilə görüşmüşəm və məsələni müzakirə etmişik. Hər hansı bir maneə görmürəm", - deyə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Nazir qeyd edib ki, A.Lapşinin gələcək taleyi istintaqın nəticəsindən asılı olacaq: "O, qanunları pozub və bu səbəbdən cinayət işi başlanılıb, nəticədə İnterpol xətti ilə axtarışa verilib. Blogerə arşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb və son qərarı da məhkəmə verəcək".

Qeyd edək ki, E.Məmmədyarov Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinlə görüşərək, fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya olunmuşA.Lapşinin məsələsini müzakirə edib.