Keçmiş futbolçu Devid Bekhemin elektron məktub ünvanı hakerlər tərəfindən ələ keçirilib.
Unikal.org bildirir ki, onun yazışmaları İngiltərə gündəminə damğasını vurub.
İş ortaqları barəsində də yazışan Bekhem, "Artıq heç biri vecimə deyil. Kim mənimlə ortaq ola bilər, ya ola bilməz, buna mən qərar verə bilərəm. Bu lənətəgəlmişlər mənimlə ortaq ola bilməz", - deyə bildirib.
Digər məktubda isə Bekhem "Ser" ünvanını ala bilməsi üçün Şotlandiya referendumunda hansı tərəfi tutmalı olduğunu soruşur və ona məsləhət görülür ki, Birləşmiş Krallığın tərəfini müdafiə etsin.
Qeyd edək ki, İngiltərədə "Ser" ünvanı ölkə üçün böyük işlər görmüş şəxslərə kraliça tərəfindən təqdim edilir.