"Keçən il dekabrın 29-da sizin oğlunuz əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak olub. Çingiz böyük qəhramanlıq, igidlik göstərib.

Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşündə deyib.

"Düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi. Baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı o, qorxmadı geri çəkilmədi. Son nəfəsinə qədər vuruşub, bir neçə işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb. Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu bir daha göstərib ki, Azərbaycan vətəndaşı, gənci, əsgəri heç bir zaman bugünki vəziyyətlə barışmayacaq

Mənfur düşmən bu dəfə də öz qeyri-insani mahiyyətini bütün dünyaya göstərdi. Bir aydan çox Çingizin nəşini qaytarmaq istəmirdi. Azərbaycan dövləti çox böyük səylər göstərdi. Eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz cavabsız qalmayıb. Və birgə səylərlə Çingizin nəşinin vətənə qaytarılmasına nail olduq. Bakıda təntənəli vida mərasimi keçirilib. Bundan sonra Çingiz doğulduğu Qusar rayonuna aparılıb və orada torpağa tapşırılıb. Fürsətdən istifadə edərək, bütün Qusar rayon sakinlərinə öz hörmətimi bir daha ifadə etmək istəyirəm ki, qusarlılar Çingiz kimi qəhrəman övladı Azərbaycana bəxş ediblər.