Dünyada hər 6 saniyədə bir nəfər, bir ildə isə təqribən 6 milyon insan siqaret çəkdiyi üçün ölür.
Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında qeyd olunub.
ÜST siqaretdən istifadənin azaldılmayacağı təqdirdə bu rəqəmin 2030-cu ildə 8 milyona yüksələcəyini bildirib.
Altı saniyədə bir insanın ölümünə səbəb olan siqaretin iqtisadi səmərəsi 1 trilyon dollardır. Türkiyə siqaretin tərgidilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə dünya ölkələri arasında 6-cı sırada yer alır. Bu siyahıda 1-ci yerdə Braziliyadır.
Ən ciddi nəzarət tədbirləri Türkmənistanda həyata keçirilir. Ən bahalı siqaret isə Avstraliyada satılır.
Qeyd edək ki, bu gün, 9 Fevral - "Ümumdünya siqaretdən imtina günüdür.