Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Aleksandr Lapşin 10 fevral 2017-ci il tarixdə vətəndaşlığını daşıdığı İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları ilə görüşmüşdür.

Bu barədə Unikal.org-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanov qeyd edib ki, görüş beynəlxalq hüquq normalarına uyğun olaraq İsrailin Azərbaycan Respublikasındakı Səfirliyinin Azərbaycan Xarici İşlər Nazirliyinə müraciəti əsasında baş tutmuşdur.