Bu gün İsrailin Azərbaycandakı konsulu müvəqqəti saxlanma təcridxanasında bloqqer Aleksandr Lapşinə baş çəkib.

Bu barədə səfirlikdən məlumat verilib.

Bildirilir ki, Aleksandr Lapşin bu gün tibbi müayinədən keçib.

"O, uyğun şəraitdə saxlanılır", deyə səfirlikdən bildirilib.