Almaniyanın Hamburq şəhər məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barəsində səsləndirilən şeirlə əlaqədar qərar qəbul edib.

Unikal.org bildirir ki, məhkəmə almaniyalı satirik Yan Bemermana həmin şeirdən hissələr səsləndirməyi qadağan edən qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, ötən ilin mayında Y.Bemerman alman televiziyası ilə canlı yayımda R.T.Ərdoğana qarşı təhqiredici şeir səsləndirmişdi.

Türkiyə prezidenti bununla bağlı məhkəmə orqanlarına müraciət etmişdi.