Müğənni Afaq Aslan açıq-saçıq fotosessiyasından sonra yaranan səs-küyə, tənqidlərə cavab verib.
Unikal.org-un məlumatına görə, ölkə.az-a açıqlama verən müğənni bildirib ki, onu bu fotolara görə qınamaq düzgün deyil:
"Zənnimcə, əgər səhnə insanları yaradıcı insanlardırsa, bizim həyata keçirdiyimiz proyektlərə incə sənət kimi yanaşmaq və incəsənət istiqamətilə qiymətləndirmək lazımdır. Bəzi dar düşüncəli insanların şüuraltı düşüncələrilə yanaşmaq lazım deyil. Səhnə insanı obrazdan-obraza girməklə sıradan insanlardan seçilməli və tamaşaçıları yaradıcılığında olan yeniliklərlə təəccübləndirməlidir. Niyə xarici ulduzlar bunu edəndə alqışlayırıq, bizimkilər nəyisə edəndə daş-qalağa basırıq?! Özümüzünkülər nəsə cəsarətli bir şey edən kimi ilk şey mentalitet olur. Öyrəşmişik ki, əcnəbiləri başımızın üstünə qaldıraq, özümüzünküləri aşağılayaq.
Afaq Aslan bəzi müğənnilərin onub paxıllığını çəkdiyini də qeyd edib:
"Mənim paxıllığımı çəkən, üzümə deyə bilmədiyi sözü arxamda deyənlərə də cavab olaraq onu demək istəyirəm ki, mentalitet yalnız ondan ibarət deyil ki, efirdə tamaşaçı qarşısında abır-həyalı və yazıq obrazı yaradıb, arxada isə evli kişilərin qucağında gəzib, onun-bunun evindən çıxasan. Siz mənim haqqımda danışmayın!.
Sonda isə o, bu fotosessiya ilə sponsur axtarıb-axtarmaması sualına belə cavab verib:
"Mən bəzi qapalı geyinib, altdan-altdan min hoqqadan çıxan müğənnilərdən fərqli olaraq məni sevən və sponsurum olması üçün dəridən-qabıqdan çıxan bir çoxları üçün əlçatmazam. Bir kişi mənə sponsurluq etmək arzusunda olsa ilk növbədə mənim ürəyimi ovsunlamalıdır, sonra da özümü. Çünki asanlıqla ipə-sapa yatan xanım deyiləm. Məni əldə etmək çox çətindir. Sponsor mənim kriteriyalarıma cavab verərsə, ona şans verib, hə deyərəm. Həm ürəyimi, həm özümü ovsunlayan sponsora yox demərəm.