Dünya şöhrətli amerikalı müğənni Ledi Qaqa yeni klipini təqdim edib.
Unikal.org xəbər verir ki, ekstravaqant müğənni "John Wayne" adlı mahnısına ekran həyatı verib. Müğənni klip boyu bir neçə obraz yaradır.
Qaqanın bütün kliplərində olduğu kimi bu klipində də çoxsaylı rəqqaslardan istifadə olunub.
Klipdə müğənninin başında içki şüşəsi sındırıblar. Onun dikdaban ayaqqabısından tapança kimi istifadə etdiyi görüntülər də maraqla qarşılanıb.