Fevralın 11-də axşam saatlarında Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, kiçik çavuş Qafarov Fuad Fərhad oğlu şəhid olub. Düşmənin diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə düşmən ölkənin cəbhədə vəziyyətin gərginləşdirməsini aprel ayında keçiriləcək parlament seçkiləri ilə əlaqələndirib.
O, Unikal.org-a açıqlamsında bildirib ki, Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanımaq və qoşunlarını geri çəkmək istəmir: "Bütün bu provakasiyaların kökündə isə Ermənistanda qarşıdan gələn Parlament seçkiləri dayanır. Ermənistan bu seçkilərdən sonra prezident respublikasından parlament respublikasına çevriləcək. Hakim Sarkisyan komandası hər vəchlə parlamentdə üstünlük qazanmaq istəyir. Bu səbəbdən Sarkisyan komandası daxili siyasətində hər hansı bir uğuru olmadığı üçün təxribata əl atır. Xarici siyasətində isə ümumiyyətlə böyük bir fəlakət durur. Düşmən xarici siyasətində də uğursuzluğa düçar olur. Ona görə də Sarkisyan komandası ictimayyətə guya Dağlıq Qarabağ məsələsində söz sahibidir və Azərbaycana cavab verəcək səviyyədə olduğunu göstərməyə çalışır. Bununa gör ədə vaxtaşırı provakasiyalar edir və cəbhə xəttində insidentlər törədir. Ancaq unudurlar ki, Azərbaycan 1990-cı ildərdəki kimi deyil. Ölkəmizin Silahlı Qüvvələri Ermənistanının provakasiyalarının qarşısını almağa kifayət qədər yetərlidir. Ölkəmiz düşmənin bütün təxribatlarına cavab verir və verəcək də. Bir sözlə hazırda Ermənistan Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə maraqlı deyil və beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur.

Millət vəkili cəbhədəki situasiyanın gələcəyi ilə bağlı bunları deyib: "Hər halda Ermənistan odla oynayır. Bu oyunun ağırılığını yenə də özü çəkəcək.


Amid Əyyuboğlu