Unikal.org-un məlumatına görə, qan xərçəngindən əziyyət çəkən Şahin Zəkizadənin xanımı vizajist Səbinə Zəkizadə big.az-a danışıb.
"3 günün içində gözümün qabağında əriyib getdi. Çox ağırdı. Kritikdi vəziyyəti ... Heç Şahinin son sözünü eşidə bilmədim. Aparatlara qoşulub. Bu gün gedib əlindən tutdum dedim "Şahin oyan" heç eşitmədi məni ... Reaksiya vermədi. Həkimlər deyir bu gün axşam və ya sabaha nə isə ola bilər (ağlayır-red) ".
"Sosial şəbəkədə çox aktivsiniz. Bəzən buna birmənalı reaksiya göstərməyənlər də olur" fikrinə Səbinə Zəkizadə belə cavab verib:
"Burada qəbahətli bir şey yoxdur. İnsanlar maraqlanır, çatdıra bilmirəm hər kəsə ayrı-ayrılıqda cavab yazım ... Anormal bir şey yoxdur ki ... Əyləncəli bir şey paylaşmıram ki .... 5 min sual verilib necə cavab verim, cavab vermədən də hörmətsizlik eləmək itəmirəm. Allahım olan insanam necə tərbiyəsizlik edim, acılayım və ya cavab verməyim. Mən vizajistəm həm də ... Bizim insanlar məşhurlara müraciət edirlər. Həmin şəxslərdə mənə sual ünvanlayır bilmirəm hansına cavab yazım, dərdimi paylaşıram insanlarla, onlardan dua etmələrini istəyirəm. Axı nə pis iş görürəm ? Məni niyə qınayırlar ki ?".
Zəkizadə əlavə edir: "Bu vəziyyətdə Şahinin foto, videolarını paylaşmağa icazə vermərəm. Çünki hər yeri şişdir, aparatlara ümid qalıb ... Vəssalam nə deyim başqa ...".