Azərbaycan və Latviya hökumətləri arasında xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi barədə razılıq əldə olunub.   

Unikal.org-un məlumatına görə, "Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında xidməti pasportlara malik şəxslərin vizadan azad edilməsi haqqında" saziş imzalanıb. 

Sənədə iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Edqars Renkeviçs imza atıblar.