58 yaşlı pop-kraliça Madonna vəsiyyətini yazıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, müğənni Malavidən 2 qız uşağını övladlığa götürərkən bunu etməyə məcbur olub.
Hökumət nümayəndələri dünürlər ki, Madonnanın yaşı balaca uşaqları tərbiyə etməyə icazə vermir. Çünki, əgər Madonna vəfat etsə, uşaqlar kiçik yaşda yetim qalacaq.
Buna görə, ulduz vəsiyyət yazaraq bildirib ki, ölümündən sonra qızlara doğma bacısı Melani baxacaq.
Bundan başqa Madonna tibbi yoxlanışdan keçərək Malavi hökumətinə sübut edib ki, tam sağlamdır. Madonna artıq Ester və Stella bacılarını öz evinə aparıb. Hələlik uşaqlar ingilis dilini bilmirlər. Bunun üçün onlara tərcüməçi kömək olacaq.