Azərbaycanın ərazi bütövlüyünə hörrmətsizlik edərək dövlətimizin qanunlarını pozan blogger Aleksandr Alpşinin Azərbaycana ekstradisiyası son günlər mətbuatın gündəmindədir. Azərbaycanın hüquq mühafizə orqanlarına təhvil verilməsindən sonra vətəndaşı olduğu ölkələr onun saxlanılması ilə maraqlanıblar. Hazırda Lapşin Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır.

Image result for aydın mirzəzadəYeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, millət vəkili Aydın Mirzəzadə Unikal.org-a bu məsələ ətrafında gedən proseslərlə bağlı açıqlama verib. 

O, qeyd edib ki, Lapşin özü ilə yanaşı, vətəndaşı olduğu ölkəyə də problem yaradıb:
"İsrail, Rusiya və Ukrayna Dağlıq Qarabağa qanunsuz səfərlər etmiş bloqer Aleksandr Lapşinin timsalında fərsiz bir oğlun sahibi olduqlarının fərqində deyirlər. Digər tərəfdən çirkin oyunu ilə, Lapşin özü ilə yanaşı, vətəndaşı olduğu ölkəyə də problem yaradıb.
Rusiya və İsrailin öz vətəndaşları Lapşinlə maraqlanması normaldır. Burada qeyri-adi nəisə axtarmağa ehtiyac yoxdur. Hər üç ölkə Azərbaycanın bu məsələdə beynəlxalq hüquqa, daxili qanunvericiliyə uyğun hərəkət etdiyini qəbul edir. Bununla bağlı hər hansı bir diplomatik böhran yaşanmır və anlaşılmazlıq yoxdur.
Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə Ermənistandan olan jurnalistinin sualını cavablandırarkən ironik şəkildə "Sizə təşəkkürümü bildirirəm ki, Ermənistan mətbuatı olaraq bu mövzuya maraq göstərirsiniz, bizə Rusiya vətəndaşının taleyi ilə bağlı məsələni xatırladırsınız. Sonda bildirib ki, bu məsələ ilə bağlı Rusiya kifayət qədər cavab verib-deyə bildirib.
Bundan əlavə Azərbaycan Rusiya və İsrail konsulluğunun nümayəndəsinə Lapşinlə görüşməyə imkan yaradıb. O, həm Azərbaycan qanunvericiliyi, həm də ölkəmizin tərəfdaş çıxdığı beynəlxalq normalara uyğun olaraq istənilən hüququndan istifadə edə biləcək. Ancaq ortada Lapşinin Azərbaycana qarşı iki hüquq pozuntusu var. Birincisi O, Azərbaycan ərazisinə bilərəkdən qanunsuz daxil olub. İkincisi isə Azərbaycanının ərazi bütövlüyünə qarşı çağırışlar edib. Onun bütün hərəkətləri məhz bu iki maddənin təsiri altına düşür.
Lapşin yazılarında məşhur təmsillərdən də istifadə edib. Yazır ki, "it hürər karvan keçər. Mən hiss edirəm ki, artıq o itin belindəyəm. Karvan isə mənim hürməyimə baxmayaraq təmkini, ağlı ilə hərəkət edən Azərbaycan dövlətidir.
Ukrayna sadəcə olaraq Lapşinlə maraqlanır. Sözügedən ölkə ilə bu məsələdə diplomatik normalardan kənar hər hansı bir reaksiya verməyib.

YAP rəsmisi Lapşinin anasının ölkəmizə səfər etməsi ilə bağlı yayılan söz-söhbətlərə də münasibət bildirib: "Mənim bununla bağlı hər hansı bir məlumatım yoxdur. Gələcəksə, Azərbaycan qanunvericiliyinin imkan verdiyi bütün hallara uyğun olaraq ona oğlu ilə görüşməyə, müvaffiq iş aparmağa, hakimiyyət orqanları, ictimayət nümayəndələri ilə görüşməyə tam şərait yaradılacaq.

A.Mirzəzadə Lapşinin Kəlbəcər girovları ilə dəyişdirilməsi məsələsinə də toxunub: "Bunu gələcək göstərəcək. İlk növbbədə Lapşin üzərində məhkəmə qurulacaq. Lapşin ilk olaraq törətdiyi cinayətin cəzası olduğunu görməlidir. Xocalı Faciəsinin qatillərindən biri olan, Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş "meşə tülküsü ləqəbli general-mayor, ümumermənistan vətənpərvərləri ictimai təşkilatı "DOSAAF-Ermənistan-ın rəhbəri Arkadiy Ter-Tadevosyan Belarusiya Respublikasındakı tədbirə dəvətdən imtina edib. Təşkilat rəhbəri bunu tədbirdə iştirak etməyəcəyini bildirib. O, imtina qərarının səbəbini Qarabağda olması ilə əlaqələndirib. Erməni general və digərləri hiss edirlər ki, Azərbaycanın ərazi bütövlüyünü pozan hər bir şəxs ölkəmizin qanunu qarşısında cavab verə bilər.

Amid Əyyuboğlu