Xəbər verdiyimiz kimi bu gün - 14 Fevral bütün dünyada Sevgililər Günü kimi qeyd edilir. "Sevgililər gününü yerli məşhurlarımız necə keçirir? Sözügedən mövzu ilə bağlı Unikal.org sorğu keçirib.

Картинки по запросу Faiq ağayevMəsələyə xalq artisti Faiq Ağayev münasibət bildirib: 

"Mən bu günü heç vaxt "Sevgililər Günü kimi qeyd etməmişəm. Həmçinin bu tarixi kommersiya "Bayramı hesab edirəm".



Картинки по запросу Mənzurə Musayeva
Müğənni Mənzurə Musayeva bildirib ki, hazırda hıyatında heç kim yoxdur: "Həyatımda xüsusi şəxs olmadığına görə hədiyyə də gözləmirəm. Keçmişdə həyatımda olan şəxslərin gözəl hədiyyələri olub. Keşmiş həyat yoldaşımın mənə olan xüsusi hədiyyəsi isə mənim üçün unudulmaz idi.


Картинки по запросу Elza Seyidcahan

Əməkdar artist Elza Seyidcahan isə deyib ki, təkcə bu gün deyil, onun üçün hər gün sevgililər günüdür: "Hazırda göyün yeddinci qatındayam və bu günü orada qeyd edirəm. Göyün bu qatını sevgililər aləmi adlandırım və burada tək deyil, Səmərrux nəvəmlə birgəyəm. Hazırda göyün yeddinci qatında oturub nəvəmi yedizdirirəm.

Elza Seyidcahan bu günlə bağlı şer yazdığını da dilə gətirib.

Sevgililər Günündə

Bilirəm ki, sevirsən.

Nə olsun...

Mən ki, səni sevirəm.

Qoy olsun.

Qoy dolsun.

Səndə olan çiçəklər.

Mənə çatmaz.

Qoy solsun.

Soyunsun.

Mənim kimi,

Sənin kimi.

Sevgililər sevinsin

Gülüm kimi,

Ətirim kimi

Çox olsun

Toy olsun

Mən ki səni sevmirəm?

Qoy olsun

Картинки по запросу Xalq artisti Məleykə Əsədova da öz növbəsində qeyd edib ki, onun üçün hər gün sevgi günüdür:

"Sevgi üçün gün olmaz. Sevgi hər vaxt hər zaman baş verir. Ona görə də mən 14 fevral Sevgililər Gününü qəbul etmirəm.


Картинки по запросу Təranə Qumral

Müğənni Təranə Qumral isə açıqlamasında sevginin gününün olmadığını diqqətə çatdırıb: "Sevginin günü yoxdur. Sevgi yaşanır. Mənim üçün "Sevgililər Günü kimi bir anlam yoxdur. Həm Musa, həm də mənim həyatımda bir-birimizə qarşı olan sevgimiz hər gün yaşanır. Çoxları deyir sevgi yoxdur. Amma mən sevgiyə çox önəm verib, inanıram. Biz hər zaman alış-verişə bir çıxırıq. Bu gün də Musa mənə gül hədiyyə edib. Bir da söyləmək istəyirəm ki, mən bu günü özəl gün hesab etmirəm. Çünki bizim həyatımızın hər günü özəldir və sevgidən ibarətdir.

Картинки по запросу Ruslan sabirliAktyor Ruslan sabirli isə bildirib ki, həyatında heç kim yoxdur: "Hələ ki, heç kim məni təbrik etməyib. Həmçinin gün də bitməyib. Bəlkə təbrik edən oldu? İndiyə qədər yadımda qalan ən dəyərli hədiyyə qayğı, nəvaziş olub".




Картинки по запросу Samiraldo
Stilist Samiraldo (Samir Əliyev) isə bildirib ki, sevgilisi yoxdur: "Sevgilim yoxdur. Amma mənə təkcə sevgililər günü deyil, hər gün hədiyyə gəlir. Hazırda 10-a yaxın hədiyyə göndərilib. Hədiyələr fanatlarım tərəfindən göndərilir. Hər gün mənə sosial şəbəkələr vasitəsilə 10 minə yaxın sevgi təklifi göndərilir. Ən çox sevgi təklifi isə Zaqatala, Lənkəran bölgəsindən qadınlar tərəfindən olur.