ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Bakıda keçiriləcək Cənub qaz dəhlizi Məşvərət Şurasının iclasında ölkəsini təmsil edəcək.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə ABŞ dövlət departamentindən məlumat verilib.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 3-cü iclası 23 fevralda keçiriləcək.

Şuranın ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.