"Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçiriləcəyi barədə məlumat yoxdur".

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova deyib.

O, bildirib ki, sözügedən məsələ ilə bağlı məlumat olsa xəbər veriləcək. 

M. Zaxarova Ermənistan tərəfinin Dağlıq Qarabağda "referendum" planlaşdırması barədə suala da cavab verib: "Dağlıq Qarabağ problemi yaxın vaxtlarda Ermənistan XİN rəhbərinin Moskvaya səfəri zamanı müzakirə olunacaq. Həmçinin deyim ki, qısa zamanda azərbaycanlı həmkarlarımızla da görüş planlaşdırılır. Bu səviyyədə də Dağlıq Qarabağ mövzusu müzakirə olunacaq. Məlum məsələ ilə bağlı reaksiyamızı isə daha sonra bildirəcəyik".