Rusiya Xarici İşlər Nazirliyi bloger Aleksandr Lapşinin Azərbaycana verilməsinə yenidən münasibət bildirib.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Aleksandr Lapşin həm Rusiya və həm də İsrail vətəndaşıdır:

"Rusiya səfirliyinin nümayəndələri fevralın 9-da təcridxanada Lapşinə baş çəkiblər. Rusiyalı diplomatlarla görüş zamanı Lapşin saxlanma şəraiti ilə bağlı heç bir şikayət etməyib. Səfirliyimiz Azərbaycanın hüquq-mühafizə orqanları ilə, Baş Prokurorluq, Azərbaycan XİN, o cümlədən İsrailin bu ölkədəki səfirliyi ilə daim təmasdadır. Səlahiyyətimiz çərçivəsində Rusiya vətəndaşının bütün hüquqlarını müdafiəsini təmin etmək üçün mümkün tədbirləri görür, məsələni nəzarətdə saxlayırıq. Hazırda Lapşinə yüksək ixtisaslı vəkil yardımı göstərilir. Qarşıda məhkəmə prosesi var".