Xəbər verdiyimiz kimi prezident İlham Əliyev məcburi köçkünlərin kommunal ödənişləri ilə bağlı fəman imzaladı.
Fərmana əsasən Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunacaq.
Unikal.org fərmanda nəzərdə tutulan halların hansı şəkildə icra olunması və buna hazırlıq işlərinə başlanılması ilə bağlı hər üç dövlət qurumunun münaisbətini öyrənib.
"Yataqxana və müxtəlif bu tipli yerlərdə məskunlaşan məcburi köçkünlər var idi ki, 4-5 ailə bir mətbəxdən istifadə edirdi. Belə olduğu halda onlara ayrı-ayrı sayğac quraşdırmaq mümkün deyildi. Artıq, bu məsələ də öz həllini tapdı. Fərdi qaydada sayğacların quraşdırılması, istismarı mümkün olmayan, məcburi köçkünlərin müvəqqəti məskunlaşıdığı yerlərdə mərkəzləşmiş qaydada müəyyən olunmuş norma çərçivəsində təbii qazdan istifadə müqabilində dövlət tərəfindən ödəniş həyata keçiriləcək. Bununla bağlı konkret olaraq siyahı hazırlanır. Qısa vaxt ərzində həmin siyahı aidiyyatı qurumlara təqdim ediləcək".


Həsən Babayev