"ARB TV"də yayımlanan "Gəlin danışaq" verilişinin növbəti qonağı əməkdar artist Tünzalə Ağayeva olub.
Unikal.org-un məlumatına görə, müğənni duet ortağı olan və bir neçə il əvvəl intihar edən Sura Əsgərli ilə bağlı süjetləri izləyərkən göz yaşlarını saxlaya bilməyib.
"Allah yerini cənnət eləsin. Heç nə deyə bilmərəm. Nur içində yatsın. Çox istedadlı bala idi. Onu zorla aparıb klipi çəkdik. Hər bir anı mənim üçün əzizdir. Çox qınayıram özümü, onu hər dəfə elə görəndə. Mən onun yanında daha çox ola bilərdim, amma ola bilmədim. İçimdən çox "kaş ki"lər keçir" deyə, T.Ağayeva söyləyib.