Son iki ildə dünyanın ən yaxşı qadın futbolçusu seçilən Karli Lloyd karyerasını "Mançester Sitinin qadınlardan ibarət komandasında davam etdirəcək.
Unikal.org-un apasport.az saytına istinadən məlumatına görə, bu barədə "şəhərlilərin saytı xəbər yayıb.
Məlumatda 34 yaşlı yarımmüdafiəçinin mövsümün sonuna kimi komandanın şərəfini qoruyacağı qeyd edilib. Lloyd daha sonra doğma klubu "Hyuston Daşa qayıdacaq.
Qeyd edək ki, ABŞ-ın qadınlardan ibarət millisinin üzvü olan Karli, yığmanın heyətində 2 dəfə olimpiya, 1 dəfə isə dünya çempionu olub. O, son iki ildə FİFA-nın versiyasına görə ilin ən yaxşı qadın futbolçusu seçilib.