Müğənni Nadir Qafarzadə Bilgəhdə yerləşən qocalar evinin sakinlərinə baş çəkib.

Unikal.org-un məlumatına görə, ifaçı görüş zamanı göz yaşlarını saxlaya bilməyib.

N.Qafarzadə bildirib ki, hər dəfə qocalar evinə gedəndə qəribə hislər yaşayır:

"Kövrəlirəm, pis oluram. Düşünürəm ki, burada ömürləriniyaşayan insanlar cavanlıqlarında düşünməzdilər ki, qocalar evinə düşəcəklər. Bu da Allahın bir qismətidir. Amma belə birhəyatı heç bir insana arzu etməzdim. Çox ağırdır... Burada elə bir insanlar var ki, övladları valideynlərinə sahib çıxmırlar. Belə bir deyim var, nə tökərsən aşına, o da çıxar qaşığına. Valideynlərini atan o övladlar düşünsünlər ki, onlar da qocalacaq.axşam.az








Nadir qocalar evində -  fotolar+video