İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, ölkəsi nüvə silahı istehsal etmək fikrində deyil.

Unikal.org xəbər verir ki, bu bəyanatı o, təhlükəsizliyə dair Münhendə keçirilən beynəlxalq konfransda deyib. TASS-ın məlumatına görə, Cavad Zərif, "İranın nüvə proqramı sülh məramlıdır. Biz nüvə silahı yaratmaq fikrində deyilik. Nüvə silahı istehsal etmək üçün illər lazımdır, deyib.

Qeyd edək ki, bir müddət öncə Xarici İşlər Nazirliyi bütün bəyanatlara baxmayaraq İranın nüvə proqramı haqqında razılaşmaya sadiq qalacağını bildirmişdi.