Əfqanıstanda hərbi vertolyot qəza enişi edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə ölkənin şimalında,Qunduz vilayətində baş verib.

Əfqanıstanın Müdafiə Nazirliyinin nümayəndəsi faktı təsdiqləyib. O, bildirib ki, vertolyot yerə endikdən sonra onun ekipajı xilas edilib.

Bununla yanaşı, vertolyot qəza yerində hərbçilər tərəfindən məhv edilib. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.