"Star TVdə yayımlanan "Zuhal Topalla izdivaç verilişinə qatılan gəlin namizəd Naz Mila ilə Əli Əkbər arasındakı qalmaqal bitmək bilmir.
Unikal.org xəbər verir ki, bir neçə gün əvvəl Naz Əlidən ayrılmasına peşman olduğunu deyərək, ondan daha bir şans istəyib.
Naz Əlini yenidən geri qaytarmaq üçün canlı yayıma Azərbaycanın milli rəqsi olan "Naz eləmə ilə oynaya-oynaya çıxıb. Daha sonra Əlini də rəqsə qaldıran Naz bu dəfə də istəyinə nail ola bilməyib.
Əli Nazın bu hərəkətlərinin sanki kiminləsə mərc edərək onu geri qaytarmasına çalışdığını və ona ciddi yanaşmadığını deyib:
"Bu qızın nələr etmək istədiyini mən gözəl anlayıram. O sadəcə oyun oynayır. Düzdür, geyindiyi libas çox gözəldir, rəqsi də xoşuma gəldi. Amma mən ona inanmıram. Bilirəm ki, ilk gün yaşadıqlarımız yenidən baş verəcək. Artıq Naza heç bir güvənim qalmayıb.
Daha sonra azərbaycanlı gənc studiyanı tərk edib.
Naz isə Əlinin bu hərəkətinin ona qarşı hörmətsizlik olduğunu vurğulayıb.