Müğənni Nihat Doğan onu tənqid edən Ədliyyə Naziri müşaviri Kənan İpəyə aparıcılıq etdiyi proqramda "Sən kimsən ki? Müşavir nədir? Kim tanıyır səni?" deyərək ağır sözlər səsləndirmişdi.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müşavirin Nihatı tənqid etməsinə səbəb isə sənətçinin FETÖ əməliyyatları zamanı həbs edilənlərin məhkəməyə qalstuk və pencəkdə gəlməsinə etirazını bildirərkən nəzarətçiləri "Alçaqlar" deyə təhqir etməsi olmuşdu.
Lakin N.Doğan K.İpəyə qarşı çıxışından sonra sosial mediada yalvararaq ondan üzr istəyən məktub yayımlayıb. O, öz etdiklərini "tərbiyəsizlik" adlandırıb və onu məhkəməyə verməyə hazırlaşan nazirlik işçisini tanımadığı üçün belə sözlər yazdığını ifadə edib.