"10-dan sonra verilişində qonaq olan əməkdar artist Rəhman Rəhmanov valideynlərindən danışıb.
Unikal.org-un məlumatına görə,
aktyor atasının onu anasının üzünə həsrət qoyduğunu deyib:
"Mənim üçün "ana" sözünü işlətmək çətindir. Görəsən, ana tərbiyəsi, istiliyi, sevgisi necə olur? Məni atamın anası tərbiyyə edib. Mən "Quran" səsi ilə yuxudan oyanmışam.
Atamla anam mənim 3 yaşım olanda ayrılıblar. Atam məni anamdan məhrum edib. Anam məni aylarla görə bilmirdi. Anam gizlin qonşunun evinə gəlirdi, məni çağırırdılar.Orada 20 dəqiqə məni öpürdü, qucaqlayırdı, tez də gedirdi. Anasız qalmağı atama heç vaxt bağışlaya bilmirdim. Dünyasını dəyişməzdən 2 ay əvvəl mənə dedi ki, sənə nə pislik etmişəm, bal-yağ içində böyütmüşəm, mənə niyə kədərli baxırsan? Onda dedim ki, məni anadan məhrum etmisən. Atam öləndən sonra anam gəldi, ağladı. Amma atamın 40 günündə anam dünyasını dəyişdi, onun yoxluğuna dözə bilmədi".