"10-dan sonra verilişində qonaq olan əməkdar artist Lalə Məmmədova yeni klipindən danışıb.
Unikal.org xəbər verir ki, müğənni "Çıx yollarıma klipindəki hovuz səhnələrinin heçdə açıq-saçıq olmadığını bildirib:
"Səhnədə qadın ifaçını çılpaqlığı ilə görməyin tərəfdarı deyiləm. Bu mənim üçün artıq maraqsızdır. Bir də insanın repertuarı buna imkan verməlidir.
Mən uzun illərdir üzgüçülüklə məşğul oluram. Ağlıma gəlməzdi ki, haçansa hovuzda klip çəkdirim. Amma mahnı bu səhnələri tələb edirdi. Bu cür kliplərin gündəmə çox təsiri var. Amma bunu gözəl şəkildə etmək üçün iilk növbədə insanda intellekt, səviyyə lazımdır. Hovuz səhnələrindən o qədər danışdılarsa, dedim bilsəydim çoxdan belə klip çəkdirərdim. Estetik baxımdan burada heç kimin əsəblərinə toxunacaq durumda deyiləm. Orada hovuz səhnələrini də mədəni formada təqdim etmişəm".axşam.az