Musiqili Teatrın aparıcı aktrisası, əməkdar artist Nahidə Orucova yaxın dostu, məşhur aktyor Elçin Həmidovu xatırlayıb. 

Unikal.org bildirir ki, aktrisa milli.az-a açıqlamasında hələ də onun ölümü ilə barışa bilmədiyini bildirib:

"Bizim teatrda bir çox aktyor və aktrisalar olub ki, biz onları unuda bilmirik. Onlardan biri də Elçin Həmidovdur. Onunla səhnədə tərəf-müqabil, həyatda isə çox yaxın dost olmuşuq. Demək olar ki, hər günümüz bir keçib. Elə bir gün yoxdur ki, bir sözlə onu mən yada salmayım (kövrəlir). Həmişə deyirdi ki, ölüb gedəndən sonra kimdir mənim üçün ağlayan? Uzaqbaşı bir həftə ağlayacaqsan, sonra məni yada salan kimdir? Çox təəssüf ki, biz o cür aktyorları unuduruq. Mən bilirəm ki, biz də onlardan biri olacağıq".

Əməkdar artist kövrəldi: "Həmişə deyirdi ki, ölüb gedəndən sonra kimdir mənim üçün ağlayan?" - FOTO