Müğənni Rəqsanə İsmayılova şəhid olan əsgərlərlə bağlı təəssüratlarını bölüşüb.
Unikal.org xəbər verir ki, müğənni sosial şəbəkədə belə bir şərh yazıb.
"Bizə bayram, çərşənbə yaraşmır. Şəhidlərimizin nəşi belə düzdə qan ağlayır. Bizə görə ölən balalarımız torpağa verilməmiş bayram qeyd olunur. Nə bayram? Bədbəxt millətik. Nə konsertdən, nə toydan, nə də kefdən qalırıq. Ölən də cavan balalarımız olur. Analar göz yaşı axıdır, biz bayram edirik. Əl-ələ tutub şəhidlik zirvəsinə yüksəldilər. Allah rəhmət eləsin.