Bir il əvvəl hicab bağlamağa başlayan müğənni Niran Ünsal yenidən başını açıb.
Unikal.org-un türkiyə mediasına istinadən məlumatına görə, o, buna səbəb kimi işlərinin yolunda getməməsini göstərib:
"Qapanmaq mənim həyatımda aldığım vacib qərar idi, amma bağlanaraq sənətçi olmaq alınmır. Maddi baxımdan ciddi itkilər verdim. Əvvəllər isəildə 80 konsert verirdim. Parik taxmağım da kömək etmədi".
Onun bu hərəkəti sosial mediada diqqət çəkib və əksəriyyəti müğənnini bu qərarına görə sərt tənqid edib.