Sənət aləminin tanınmış simalarının əksəriyyəti ailəsini mediadan gizlədir. Bir çoxları xanımının, bir çoxları isə övladının fotosunun yayılmasına icazə vermir.
Unikal.org ailəsini mediadan gizli saxlayan tanınmışların siyahısını təqdim edir:
Müğənni Elnur Məmmədov heç vaxt ailəsi haqda sualları cavablandırmır. Sənətçi övladı olub-olmaması haqda belə açıqlama vermir. Toyunu belə mediaya qapalı edən ifaçı xanımını hər zaman gizli saxlayıb.
Müğənni-bəstəkar Murad Arif də hər zaman ailəsini mediadan gizlədir. İfaçı yalnız öz işləri ilə gündəmə gəlməyi sevdiyini söyləyir.
Müğənni Natavan Həbibi bir müddət əvvəl nişanlandığını açıqlayıb. İfaçı nişanlısının adını belə gizli saxlayır. O, bildirib ki, toyu da qapalı keçəcək.
Aparıcı Zaur Kamal oğullarının fotolarını sosial şəbkədə paylaşsa da, heç vaxt xanımını göstərməyib.
Müğənni Ceyhun Əliyev də ailəsini mediadan gizlədən tanınmışlardandır.
Müğənni Yaşar Yusub isə oğlunu ilk dəfə mediaya ötən il ad günündə göstərib. Xanımını isə hər zaman gizli saxlayıb.
Meyxanaçı Namiq Qaraçuxurlu da ailəsini gizli saxlayır. Bu yaxınlarda ata olan sənətçi övladının şəklini də paylaşmır.
Müğənni Rəqsanə İsmayılova bir müddət əvvəl ikinci dəfə ailə qurub. Sənətçi ərinin adını desə də, onun görüntülərinin yayılmasına imkan vermir.axşam.az