Şəhidimiz Aqşin Abdullayevin cənazəsinin ailəsinə təhvil verilmə görüntülərinə prodüser Təranə Səmədova da biganə qalmayıb.
Unikal.org xəbər verir ki, prodüser fevralın 24-dən 25-nə keçən şəhid olmuş hərbi qulluqçumuz barədə bunları yazıb:
"Can ay ana, sənin o axan göz yaşlarına qurban olum. Sənin o ah-nalənin qarşısında acizik. 2 gündür əlim qalxıb bir paylaşım edə bilmirdim. Vətənimiz yenə şəhidlər qurban verdi. Bağışla bizi şəhidim, sən səngərdə ölümlə üz-üzə dayananda, biz burda toyumuzdan, şadlığımızdan, deməyimizdən-gülməyimizdən, yeməyimizdən-gəzməyimizdən qalmırıq. Çox acımasız bir həyatda yaşayırıq. Allah sənə rəhmət eləsin. Şəhidlər ölməzdir, qürur duyuruq sizlərlə. Başın sağ olsun, Azərbaycan".big.az