Meyxanaçı Namiq Qaraçuxurlu bu gün "Nəsib olsa" verilişindəki çıxışını təxirə salıb.

Unikal.org axşam.az-a istinadən bildirir ki, bu haqda ifaçının özü xəbər verib.

O bildirib ki, cəbhədə baş verən hadisələrlə əlaqədar verilişə qatılmayacaq:

"Bu gün "Nəsib olsa" verilişinin qonağı ola bilməyəcəyəm. Məni gözləyənlərin nəzərinə çatdırmağı özümə borc bildim. Allah şəhidlərimizə rəhmət eləsin".