Müğənni Samir Bağırov uzun fasilədən sonra ilk dəfə Rusiyanın "ORT1 kanalında Andrey Malaxovun "Pust qovoryat verilişinə qatılıb.

Unikal.org xəbər verir ki, proqramın buraxılışı Rusiyanın əməkdar artisti Marina Xlebnikovaya həsr olunub. 1990-cı illərin ən məşhur siması olan Marinanın uzun müddətdir efirdən uzaqlaşmasından bəhs olunub. S.Bağırov "Yalta 1991 müsabiqəsində Marina ilə bir çıxış etdiyini bildirib. Proqramda Samir ifaçıya sürpriz edərək, studiyaya gəlib.

"Yarışmada Samirlə eyni yeri tutduq, ikinci olduq. Samir tez-tez Bakıya gəlir, biz görüşürük" deyə, Marina bildirib.