Hər paylaşımı yüz minlərlə bəyənilən Kim Kardaşyan, İnstagram hesabından son paylaşımıyla bəyənmə rekordları qırdı.
Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, bir yaşında olan oğluyla selfi çəkərək İnstaqram hesabından paylaşan Kardaşyan fotoya "Mən və Saint Boo" şərhini yazıb.
Oğluyla çəkdiyi fotoşəkil yarım milyon izləyicilər tərəfindən bəyənilib.