Müğənni Sevda Yəhyayeva "ATV" kanalında yayımlanan "Sən olmasaydın" serialından ayrılmağı haqda danışıb.
Unikal.org xəbər verir ki, ifaçı axşam.az-a açıqlamasında bildirib ki, ekran işindən ayrılma səbəbini gizli saxlayır:
"Serialda məni güllələdilər. Hansı səbəbdən çıxmağım barəsində danışa bilmərəm. Çünki serial davam edir. Hər şey ola bilər. Əsas odur ki, yaxşı kollektivlə çalışdım, gözəl insanlarla tanış oldum. Seriala çəkilmək çox çətindir. 7 ay burada iştirak etdim. İlk vaxtlar çətinlik çəksəm də, sonra öyrəşdim".
Müğənni bundan sonra seriala çəkilmək istəmədiyini söyləyib:
"Yeni serial təklifi almamışam. Amma bundan sonra seriala çəkilmək istəmirəm, çox əziyyətlidir. Filmə çəkilmək istəyərəm. Yaxşı film, rol, kollektiv olsa, sevə-sevə iştirak edərəm".