"Eurovision 2011"in qalibi Eldar Qasımov dünən baş tutan "Ötən illərin nəğmələri" adlı konsert proqramına qatılıb.
Unikal.org xəbər verir ki, axşam.az-a açıqlama verən Eldar Qasımov klassik mahnı oxumağın onun üçün bir imtahan olduğunu söyləyib:
"Ötən əsrin nəğmələri mənim üçün həmişə maraqlı olub. İki il əvvəl ilk dəfə Ukraynanın Kiyev şəhərində "Getmə-getmə" mahnısını ifa edəndə tamaşaçılar müsbət qarşıladı. "Dan ulduzu" ansamblı ilə bu mahnını Heydər Əliyev Sarayında ilk dəfədir ifa edirəm. Bu, eyni zamanda mənim üçün bir imtahandır".
Sənətçi harada yaşamağın onun üçün elə də bir əhəmiyyət daşımadığını vurğulayıb:
"İndiki dövrdə Azərbaycanda da, xaricdə də yaşamaq çətindir. İnternet dövründə yaşayırıq. Mən müğənniyəm. Mahnılarımı istəyir Antarktidan təqdim edim, ya buradan fərqi yoxdur. Əsas odur ki, keyfiyyətli ifa olsun".
Eldar adının sırğa taxıb, saç rəngləyən kişi ifaçılar arasında çəkilməsinə belə münasibət bildirib: